Bığ saxlayıb üzünü dəyişmişdi, indi isə qızları...

Sep 12, 2024 - 09:22
Bığ saxlayıb üzünü dəyişmişdi, indi isə qızları...

Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi zarafatından sonra bığ saxlayaraq görünüşündə dəyişiklik edən AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərov yenidən dəyişikliyə gedib. Əslində bu dəfə dəyişiklik edən onun özü yox, qızlarıdır. 

Dia-az.İnfo bildirir ki, dəyişikliklər kardinal xarakteri daşımır, sadəcə olaraq ad məsələsində müəyyən oynama var ki, bu da kifayət qədər ciddi şübhələrə yol açır...

""AZAL"ın keçmiş prezidenti Cahangir Əsgərovun qızları İngiltərədəki şirkətlərinin adında dəyişikliklər ediblər. Dəyişikliklər deyəndə ki, "Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına qoyub" iz azdırırlar..." Dia-az.İnfo xəbər verir ki, bu paylaşımla tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib. Juarnalist daha sonra yazır:

"Belə ki, 2017-ci ildən fəaliyyət göstərən GAZELLI INTERNATIONAL LIMITED şirkəti bundan sonra SOROKA LIMITED adı ilə fəaliyyətini davam etdirəcək.

2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək. Dəyişikliklər ötən ayın 21-də təsdiq edilib.

Əsgərovlar ailəsi bundan əvvəl də digər iki şirkətlə bağlı eyni rakirovkanı həyata keçiriblər. 2021-ci ilin yanvarından MRCR ART LIMITED şirkəti GAZELLI ART HOUSE LIMITED, GAZELLI ART HOUSE LIMITED şirkəti isə MRCR ART LIMITED adına dəyişdirilib.

İndi təsəvvür edin, Cahangir Əsgərov "AZAL"da nə labirintlər qurub. Məsələn, hətta ola bilər ki, Cahangir Əsgərovun adı Samir Rzayev, Samir Rzayevin adı isə Cahangir Əsgərov olaraq dəyişdirilib..."

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow