"Bu, anormal vəziyyətdir" - Luis de la Fuente üsyan etdi

Oct 9, 2024 - 16:26
"Bu, anormal vəziyyətdir" - Luis de la Fuente üsyan etdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müddəti bu il başa çatacaq müqaviləsi ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, 63 yaşlı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:

"Avropa çempionunun müqaviləsiz qalması normal hal deyil. Bilmirəm, Luis Enrikeyə qarşı belə edərdilər, ya yox... Bəli, bu, anormal vəziyyətdir. İspaniyanın U-21 yığmasından gələndə hansı şərtlərlə işləyirdimsə, indi də o qaydada davam edirəm. Təklif olsaydı, müqavilə yeniləyərdim".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow