"Bu, məni az maraqlandırır" - Kilian Mbappe

Sep 10, 2024 - 18:48
 0
"Bu, məni az maraqlandırır" - Kilian Mbappe

Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe ünvanına yönələn tənqidlərə münasibət bildirib.

Fanat.az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Həyatımın və karyeramın elə mərhələsindəyəm ki, buna əhəmiyyət vermirəm. Gəlirəm, oynayıram və komandama bütün gücümlə faydalı olmağa çalışıram. İnsanların düşündükləri məni az maraqlandırır".

Xatırladaq ki, Mbappe "Real"a bu yay keçib. O, "Kral klubu"nun forması ilə bütün turnirlərdə 5 matça çıxaraq 2 qol vurub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow