Dəmiryolu vağzalının şüşəsini sındırdı: "10 bokal pivə içmişdim..."

Oct 9, 2024 - 14:54
Dəmiryolu vağzalının şüşəsini sındırdı: "10 bokal pivə içmişdim..."

Azərbaycan Dəmir Yollar QSC-nin Gəncə dəmiryolu vağzalının gözləmə zalının şüşəsini sındıran şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Mehman C. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Məlum olub ki, Mehman 10 bokal pivə içərək, dəmiryolu vağzalına gedib və siqaretlə gözləmə zalına daxil olub. Vağzalda zal gözətçisi işləyən şəxs ona öz iradını bildirdiyinə görə təqsirləndirilən şəxs əsəbi halda gözləmə zalının şüşəsini təpiklə vuraraq sındırıb. O, hadisəni törətdiyinə görə peşman olduğunu bildirib. 

Məhkəmənin qərarı ilə Mehman C. 20 gün müddətə həbs edilib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow