Keçmiş deputatın oğlu İbrahimovun şirkətini məhkəməyə verdi

Sep 24, 2024 - 18:45
 0
Keçmiş deputatın oğlu İbrahimovun şirkətini məhkəməyə verdi

Milli Məclisin üçüncü çağırış deputatı olmuş Fərhad Qəribovun oğlu Zöhrab Qəribov "STS" şirkətini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Mehriban Əfəndizadənin icraatındadır. 

Məlumata görə, keçmiş deputatın oğlu ilə şirkət arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb. Məhkəmə çəkişməsi də bununla əlaqəlidir. 

"STS" şirkəti 1999-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Səttarov Faiq Sahif oğludur. 

2021-ci ildə mediada gedən yayılan məlumatlarda "STS" şirkətinin təsisçisi kimi Diasprola İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun adı çəkilir. 
Həmin məlumat Sahib İbrahimovun dələduzluq əməlinə görə həbs edilməsi haqqındadır. 

Məlumatda qeyd edilir ki, Sahib İbrahimov həm "STS", həm də "Sahil-D Kompani" şirkətlərinin təsisçisidir. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow