Kivi İrandan eyni qiymətə gətirilir, amma marketlərdə 2 dəfə bahalanıb

Sep 13, 2024 - 20:01
 0
Kivi İrandan eyni qiymətə gətirilir, amma marketlərdə 2 dəfə bahalanıb

Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 1,87 min dollar dəyərində 2 min 767,55 ton kivi gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə idxal olunan kivinin 98%-i İrandan gətirilib.

Qeyd edək ki, İrandan ölkəyə gətirilən kivinin 1 kiloqramının orta gömrük dəyəri 1 manat 20 qəpik (70 sent) olub.

Məlumat üçün bildirək ki, iyul ayında marketlərdə İrandan gətirilən kivinin 1 kiloqramının orta satış qiyməti 5 manat 60 qəpik olub. Marketlərdə xaricdən idxal olunan kivinin qiyməti bu il təxminən 2 dəfəyə yaxın bahalanıb. Yanvar ayında kivinin 1 kiloqramının orta satış qiyməti 3 manat olub. Marketlərdə kivinin qiyməti bahalansa da, il ərzində  gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Bu ilin yanvar ayında da 1 kiloqramının orta gömrük dəyəri 1 manat 20 qəpik olub.

Onu da bildirək ki, kivi Azərbaycana əsasən İrandan gətirilsə də ölkə daxilində də yetişdirilir. Ötən il Azərbaycanda 765,1 ton kivi yığılıb. Yığılan kivinin 83,4%-i Astara, 6%-i Balakən, 5,9%-i Lənkəran, 4,8%-i Masallı rayonunun payına düşüb. İdxal olunan kividən fərqli olaraq yerli kivinin qiyməti  bu dah az bahalanıb. Belə ki, bu ilin yanvar ayında 1 kiloqramının orta satış qiyməti 2 manat 55 qəpik olan yerli kivi iyul ayında 3 manat 60 qəiyə satılıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow