Mbappe niyə millidə oynamaq istəmir?

Oct 12, 2024 - 19:19
Mbappe niyə millidə oynamaq istəmir?

“Real”ın futbolçusu Killian Mbappe hazırda Fransa millisinin oyunlarında iştirak etmək istəmir. 

Qol.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 25 yaşlı hücumçu millisinin ancaq vacib oyunlarına çıxmaq istəyir. Buna səbəb zədə almaq riskini azaltmaqdır. Mbappenin 2025-ci ilin “Qızıl Top” mükafatını almaq istədiyinə görə klub oyunlarına üstünlük verməsi də qeyd olunur. O, millisinin məşqçilər heyətinə əvvəlcədən bildirib ki, oktyabr toplanışına gəlməyəcək. 

Qeyd edək ki, Killian Mbappe bu mövsüm “Real”ın heyətində 11 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow