Moskvada Bayramov və Mirzoyan arasında görüş olmayacaq

Oct 7, 2024 - 13:15
Moskvada Bayramov və Mirzoyan arasında görüş olmayacaq

Rusiyada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş planlaşdırılmayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdədir.

Xatırladaq ki, MDB Xarici İşlər Nazirləri Şurasının sonuncu iclası aprelin 12-də Minskdə baş tutub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow