MS-nin ulduzu "Arsenal"ın "bostanına daş atdı" - "Buna görə Premyer Liqanın qalibi ola bilmirlər"

Sep 23, 2024 - 16:55
 0
MS-nin ulduzu "Arsenal"ın "bostanına daş atdı" - "Buna görə Premyer Liqanın qalibi ola bilmirlər"

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Arsenal"ın oyun tərzini tənqid edib.

Fanat.az xəbər verir ki, "Dail Maily" portuqaliyalı oyunçunun 2:2 hesabı ilə bitən oyundan sonrakı açıqlamasını belə təqdim edib:

"Bu gün yalnız bir komanda meydana futbol oynamağa çıxmışdı. Üç xal qazana bilmədiyimiz üçün məyusuq, amma şəxsən mən oyuna çıxmağımızdan və matça münasibətimizdən razıyam. Şadam ki, meydana həmişə qalib gəlmək üçün çıxırıq. 

Məni narahat edən odur ki, hər mövsümün əvvəlində İngiltərə Futbol Federasiyası ilə çoxlu görüşlərimiz olur və onlar bizə hakimliklə bağlı vəziyyətlərə nəzarət edəcəklərini deyirlər, amma sonda bu sözlər heç bir məna kəsb etmir. Onlar çox danışırlar, amma heç nə dəyişmir. 

"Arsenal"la "Liverpul" arasındakı fərq? "Liverpul" həmişə bizə qarşı oyunlarda qalib gəlmək əzmində olub. Bu baxımdan, "Arsenal"la görüşlərimiz heç vaxt "Liverpul"a qarşı oyunlarımızla eyni olmayıb. Bəlkə də ona görədir ki, "Liverpul" son illərdə artıq Premyer Liqanı qazanıb, "Arsenal" isə qazanmayıb. “Liverpul” eyni vaxtda Çempionlar Liqasının qalibi olub, “Arsenal” isə bunu bacarmayıb. “Liverpul” həmişə bizimlə qələbə üçün mübarizə aparıb. 

Rəqib isə hakimin sayəsində oynadı. Oyunun ilk dəqiqələrində nə olacağını başa düşdük. 10 dəqiqə ərzində iki dəfə futbolçumuzu zədələdilər. Hakim kapitanımızı çağırdıqdan sonra ona öz mövqeyinə qayıtmağa imkan vermədi və beləliklə qol buraxdıq. İkinci qolu onların qapıçımızı bloklamaları nəticəsində oldu, hakim buna da icazə verdi".

Qeyd edək ki, “Mançester Siti” növbəti turda “Nyukasl”ın qonağı olacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow