Abşeron dairəvi dəmir yolu üzrə gedişhaqqı artırılır

Sep 23, 2024 - 17:44
 0
Abşeron dairəvi dəmir yolu üzrə gedişhaqqı artırılır

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır. 

"Qafqazinfo” xəbər  verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib. 

Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow