Naxçıvana hansı ölkələrdən pul köçürülüb – Siyahı

Sep 13, 2024 - 21:10
 0
Naxçıvana hansı ölkələrdən pul köçürülüb – Siyahı

Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 576,1 min dollar, Azərbaycanın digər bölgələrindən isə 765 min dollar pul köçürülüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən köçürülən pulların 86,4% və ya 497,8 min dolları iki ölkənin – Rusiya (255,5 min dollar) və Türkiyənin (242,3 min dollar) payına düşüb.

Bu ölkələrdən sonra ən çox pul Gürcüstan (33,3 min dollar), ABŞ (20,8 min dollar), Özbəkistan (9,5 min dollar), Almaniya (5,8 min dollar) və Kiprdən (1,9 min dollar) köçürülüb.

Xaricdən köçürülən pulların 181 min dolları Naxçıvan şəhərinin, 100,5 min dolları Şərur, 79,8 min dolları Kəngərli, 70,3 min dolları Culfa, 61,1 min dolları Ordubad, 57 min dolları Babək, 20,6 min dolları Şahbuz, 5,8 min dolları Sədərək rayonunun payına düşüb.

Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına göndərilən pulların 616,6 min dolları Naxçıvan şəhərinin, 133,6 min dolları Şərur, 14,8 min dolları isə Babək rayonunun payına düşüb. Azərbaycanın digər bölgələrindən Muxtar Respublikanın başqa rayonlarına isə iyul ayı ərzində bank sistemləri vasitəsilə pul köçürülməyib.

Onu da qeyd edək ki, iyul ayı ərzində İsraildən Ordubad rayonuna 1,7 min dollar, Malaziyadan Naxçıvan şəhərinə 200 dollar, İsveçdən Culfa rayonuna 200 dollar, Yunanıstandan Şərur rayonuna 600 dollar, Türkmənistandan Naxçıvan şəhərinə 400 dollar pul köçürülüb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow