PSJ-nin hücumçusu qışda gedə bilər - SƏBƏB

Oct 8, 2024 - 12:44
PSJ-nin hücumçusu qışda gedə bilər - SƏBƏB

PSJ-nin mərkəz hücumçusu Randal Kolo Muani qışda Fransa nəhəngindən ayrıla bilər.

Fanat.az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.

Xəbərə görə, sözügedən futbolçu baş məşqçi Luis Enrikenin gələcək planlarına daxil deyil. Mənbə rəhbərliyin də onun texniki göstəricilərindən narazı olduğunu və Kolo Muanini satmaq barədə düşündüyünü vurğulayıb.

Xatırladaq ki, 25 yaşlı Randal 2023-cü ilin sentyabrından PSJ-dədir. Ön xətt oyunçusunun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm 9 oyuna çıxan Kolo Muani 2 qol müəllifi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow