Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi - Yeni təyinatlar

Oct 9, 2024 - 11:07
Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi - Yeni təyinatlar

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi”nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi”nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow