Xankəndidə keçirilən ilk tenderin qalibi məlum oldu

Sep 24, 2024 - 18:40
 0
Xankəndidə keçirilən ilk tenderin qalibi məlum oldu

Ötən ilin 19-20 sentyabr tarixlərində baş tutan antiterror əməliyyatından sonra seperatçı rejimin nəzarətindən azad edilən Xankəndi şəhərində keçirilən ilk tender müsabiqəsinin nəticəsi açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 19 saylı Xankəndi Ərazi İdarəsi keçirib.

Qeyd edək ki, kotirovka sorğusu əsasında keçirilən tender müsabiqəsi çap və mətbəə mallarının satınalınması ilə bağlı olub. Ümumi dəyəri 2 min 738 manat 78 qəpik olan müsabiqənin qalibi “Adventum” MMC (VÖEN – 1803943031) olub.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Adventum” MMC barəsində açıq internet resurslarında heç bir məlumat yoxdur. MMC barəsində yeganə məlumat odur ki, şirkət koronovirus pandemiyasına görə dövlətdən maliyyə dəstəyi alıb. “Adventum” MMC haqqında Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da məlumat yoxdur.

Onu da qeyd edək ki, MMC 16 may 2018-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub. MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Sabunçu ŞTQ, Şəhər şossesi, döngə 5, ev 22-də yerləşib. Qeydiyyata alınan vaxt “Adventum” MMC-nin qanuni təmsilçisi Qabluxov Viktor Vladimiroviç olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow