“Antiterror əməliyyat zamanı 310 separatçı məhv edilib” – Anar Eyvazov
Antiterror əməliyyatının başa çatmasının 1-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov müsahibə verib.
AzToday.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Mətbuata və geniş ictimaiyyətə indiyədək məlum olmayan bəzi faktları vurğulamaq istərdim. Cəmi bir gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verdi.
Bəzi statistik məlumatlara da nəzər salınması zənnimcə yerinə düşər. 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü”, - polkovnik bildirib.
Xəbərə reaksiyanız necə oldu?