"Sənin üçün darıxacağam, fenomen" - Messidən İnyesta ilə bağlı paylaşım

Oct 8, 2024 - 11:17
"Sənin üçün darıxacağam, fenomen" - Messidən İnyesta ilə bağlı paylaşım

"İnter Mayami"nin hücumçusu Lionel Messi Andres İnyestanın karyerasını bitirmək qərarına münasibət bildirib.

Fanat.az xəbər verir ki, vaxtilə İnyesta ilə "Barselona"da komanda yoldaşı olan argentinalı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Ən sehrli komanda yoldaşlarımdan və onunla oynamaqdan ən çox həzz aldığım insanlardan biri.

Top sənin üçün darıxacaq. Biz də! Sənə ən yaxşısını arzulayıram, fenomen”.

Yarımmüdafiəçinin son klubu BƏƏ-nin “Emirates” komandası olub. İspaniyalı buna qədər Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib.

İnyesta dünya çempionu, İspaniya millisi ilə ikiqat Avropa çempionu, doqquz dəfə İspaniya çempionu, altı dəfə İspaniya kubokunun qalibi və “Barselona” ilə dördqat Çempionlar Liqasının qalibidir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow