Suriya və İraqdan 8 azərbaycanlı ölkəyə gətirilib

Oct 7, 2024 - 15:38
Suriya və İraqdan 8 azərbaycanlı ölkəyə gətirilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 18 sentyabr 2024-cü il tarixində Suriya Ərəb Respublikasından 6 nəfər, 7 oktyabr 2024-cü il tarixində isə İraq Respublikasından 2 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

“Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraq Respublikalarına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir”, - məlumatda deyilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow