Neft Fondunun gəlirləri bir qədər də azaldı

Oct 7, 2024 - 15:39
Neft Fondunun gəlirləri bir qədər də azaldı

Bu ilin ilk 9 ayı ərzində Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi gəlirlər 4 milyard 603,6 milyon dollar olub.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Neft Fondunun AÇG yatağından əldə etdiyi gəlir 630,3 milyon dollar və ya 12% azalıb.

Neft Fondunun 9 ay ərzində Şahdəniz yatağından əldə etdiyi gəlir isə 364,5 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Şahdəniz yatağından əldə edilən gəlirlər isə 3,2 dəfə və ya 818,5 milyon dollar azalıb.

Son 3 ilin ilk 9 ayı ərzində Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyi gəlirlər aşağıdakı kimi olub:

2022-ci ilin ilk 9 ayında – 7 528 milyon dollar;
2023-cü ilin ilk 9 ayında – 5 234 milyon dollar;
2024-cü ilin ilk 9 ayında – 4 603,6 milyon dollar.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow