MY ten Haqı məşhur almanla əvəzləyir - SON NDURUM

Oct 7, 2024 - 15:41
MY ten Haqı məşhur almanla əvəzləyir - SON NDURUM

"Mançester Yunayted" baş məşqçisi Erik ten Haqı istefaya göndərməyə hazırlaşır.

Fanat.az xəbər verir ki, niderlandlı çalışdırıcını əvəz edəcək mütəxəssisin adı da böyük ölçüdə məlumdur.

Məlumatı "Daily Mail" yayıb. Mənbənin məlumatına görə, almaniyalı məşqçi Tomas Tuxel karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır. "Qırmızı şeytanlar"ın rəhbərliyi yenidən onun namizədliyini nəzərdən keçirir. MY-nin sahibi Ser Jim Ratkliff bu yay Tuxellə ilə görüşüb, ten Haqı göndərəcəkləri halda, onun yeni baş məşqçi olmaq imkanlarını müzakirə edib. O, hazırda baş məşqçi postuna əsas namizəddir.

"Mançester Yunayted" çempionatın 7 turundan sonra cəmi 8 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb ki, bu da "qırmızı şeytanlar"ın Premyer Liqada ən pis nəticəsidir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow