Bakıda partlayış oldu – Xəsarət alanlar var

Oct 7, 2024 - 16:16
Bakıda partlayış oldu – Xəsarət alanlar var

Nizami rayonunda partlayış baş verib.

Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti partlayışla bağlı araşdırma aparılması barədə məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

“İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow